Çərşənbə axşamı, 19 Fevral 2019 09:17

Türkiyə parlamentinin sədri istefa verib

Türkiyə parlamentinin sədri istefa verib

Türkiyə parlamentinin sədri öz vəzifəsindən kənara çəkilib.

Anadolu xəbər agentliyi dünən gecə bildirib ki, Binalı Yıldırım İstanbul meri vəzifəsinə namizədliyinin ardınca öz vəzifəsindən kənara çəkilibdir.

Binalı Yıldırım bundan öncə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf partiyası tərəfindən İstanbul meri vəzifəsinə namizəd irəli sürülmüşdü. Yıldırım bundan öncə Türkiyənin baş naziri və rabitə naziri olmuşdu.

Ərdoğan da Türkiyənin baş naziri və prezidenti vəzifələrinə yiyələnməzdən öncə 1994-cü ildə İstanbul meri seçilmişdi.

Türkiyə parlamenti sədrinin bu ölkədəki hakim partiya tərəfindən İstanbul meri vəzifəsinə namizəd irəli sürülməsi göstərir ki, bu vəzifə Türkiyə parlamenti sədrliyindən və ya bu ölkənin nazirllər kabinetinə üzvlükdən aşağı vəzifə deyildir.

Türkiyə bələdiyyələr şurası üzrə yerli seçkilər 2019-cu il martın 31-də keçiriləcək.

Şərh yaz


Məxfi kod
Yenilə