Çərşənbə axşamı, 12 Fevral 2019 10:24

Liviya Milli Ordusu ölkənin ən iri neft yatağına nəzarəti təmin etdi

Liviya Milli Ordusu ölkənin ən iri neft yatağına nəzarəti təmin etdi

General Xəlifə Həftərin başçılıq etdiyi Liviya Milli Ordusu adlı qüvvələr Liviyanın ən iri neft yatağına nəzarəti tamamilə ələ keçirib.

Anadolu xəbər agentliyinin bildirdiyinə görə, Əl-Şərarə neft yatağı bundan öncə Liviyanın Milli Birlik Hökumətinin nəzarəti altında idi. Hələ ki, Liviyanın Milli Birlik Hökuməti bu barədə yayılan xəbərlərə reaksiya verməyib. 

Adının gizli qalmasını istəyən bir məlumatlı qaynaq isə Anadolu xəbər agentliyinə verdiyi açıqlamada Xəlifə Həftərin qüvvələrinin heç bir toqquşma olmadan və Əl-Şərarə neft yatağına nəzarət edən qüvvələr ilə müzakirə yolu ilə bu neft yatağına nəzarəti ələ keçirdiyini bildirib. 

Əl-Şərarə neft yatağı Liviyanın ən iri neft yatağıdır və gündəlik olaraq bu neft yatağından 300 min barel (Liviyanın gündəlik neft istehsalının üçdə biri) neft çıxarılır. 

Liviya 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra siyasi ixtilaflar ocağına çevrilib və indiyə kimi ölkədə vahid hökumət mövcud deyil. Ölkə özünü qanuni hökumət elan edən iki qüvvə arasında çəkişmələr və silahlı toqquşmaların şahididir. 

Şərh yaz


Məxfi kod
Yenilə