Şənbə, 19 Yanvar 2019 15:20

Ərəb başçılarının sionist rejimlə sazişi pislənilib

Ərəb başçılarının sionist rejimlə sazişi pislənilib

Mürtəce ərəb başçılarının sionist rejimlə əlaqələri adiləşdirmək üzrə addımlarına rəğmən, Fələstin xalqı 43-cü böyük qayıdış yürüşlərinə başlayıbdır.

Qayıdış yürüşündə iştirak etmiş Fələstin parlamentinin sədri Əhməd Bəhr deyir: 

Beyrut konfransında iştirak edən bütün ərəb başçılarına deyirik ki, biz Fələstinin azad edilməsinədək öz yolumuzu davam etdirəcəyik. Biz bilirik ki, sionist rejimlə əlaqələri adiləşdirməyə çalışan mürtəce ərəb başçıları fələstinlilərin qələbəsinə mane olmaq istəyirlər.

Aksiyada iştirak edən fələstinli gənc deyir: 

Biz Fəth və Həmas hərəkatlarına deyirik ki, bir-birinizlə müttəfiq olun və xəncər kimi Fələstin xalqının kürəyinə vurulmuş Oslo fitnəsini kənara qoyun. Biz Fars Körfəzi ətrafındakı ölkələrə xəbərdarlıq edirik ki, sionistlərlə əlaqə və Fələstin amalının uğursuzluğa düçar edilməsi ardınca olmasınlar.

Şərh yaz


Məxfi kod
Yenilə