Bazar, 13 Yanvar 2019 22:59

Sionist rejim ordusu Livan sərhədindəki əməliyyatın bitdiyini elan edib

Sionist rejim ordusu Livan sərhədindəki əməliyyatın bitdiyini elan edib

Sionist rejim ordusunun sözçüsü bu rejimin "Şimal qalxanı" əməliyyatının başa çatmasından xəbər verib. Həmin əməliyyat işğal olunmuş ərazilərin Livanla sərhədlərində keçirilibdir.

Sionist rejim ordusunun sözçüsü Avixay Edri bir bəyanatda iddia edibdir ki, "Şimal qalxanı" əməliyyatında Livanın cənubunun işğal olunmuş ərazilərlə sərhədlərində altı tunel aşkar edilibdir.

Sionist rejim ordusu ötən il dekabrın dördündə iddia etdi ki, "Şimal qalxanı" əməliyyatına Hizbullah-ın tunellərini aşkar və qeyri-fəal etmək üçün başlayıbdır.

Sionist rejim ordusunun "Şimal qalxanı" əməliyyatının Livan ilə sərhəd məntəqələrində başlanmasının ardınca sionist məsul şəxslər vurğuladılar ki, bu əməliyyat xüsusən korrupsya işlərində daxili təzyiqlərdən qaçmaq üçün sionist rejimin baş naziri Benyamin Netanyahu tərəfindən işlədilən bir vasitədir.

Belə bir halda, sonist rejimin nazirlər kabineti ilə müxalif olanlar partiyasının sədri Tzippi Livni bundan öncə vurğulamışdı ki, Netanyahu, Livan Hizbullahı-na aid olan tunellərin aşkar edilməsi barədə mübaliğə edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə