Çərşənbə axşamı, 08 Yanvar 2019 19:07

Ərdoğan Boltonu qəbul etmədi

Ərdoğan Boltonu qəbul etmədi

Türkiyə prezidenti ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton ilə görüşməkdən imtina etdi.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın qəbuluna düşə bilməyən Con Bolton çərşənbə axşamı bu ölkəni tərk edib. 

Türkiyə prezidenti son zamanlar ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun səsləndirdiyi fikirləri kəskin formada tənqid etmişdi. Con Bolton ABŞ qoşunlarının Suriyanın şimalından çıxmasını Türkiyənin YPG-ni himayə etməsi ilə şərtləndirmişdi. 

Bolton bu gün Ankaranı tərk etməzdən öncə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ilə görüşüb, danışıqlar aparıb. 

Con Bolton dünən ABŞ ordusunun baş qərargah rəisi Cozef Danford və ABŞ-ın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin müşayiəti ilə Türkiyəyə səfər etmişdi. 

Şərh yaz


Məxfi kod
Yenilə