Bazar ertəsi, 07 Yanvar 2019 19:17

Ərəbistanlı qız Tailanda qaçıb

Ərəbistanlı qız Tailanda qaçıb

18 yaşlı ərəbistanlı qız izdivac etməmək üçün evindən qaçıb. O, Ərəbistna qayıdacağı halda, qətlə yetiriləcəyindən nigarandır.

Tailand miqrasiya idarəsinin direktoru Suraçap Hakparen vurğulayıb: Bir ərəbistanlı qız izdivac etməmək üçün evindən qaçıb. O, Ərəbistana geri dönəcəyi təqtirdə, problemlə üzləşəcəyindən nigarandır.

Tailand rəsmiləri məsələni ahəngdarlaşdırmaq məqsədilə Ərəbistan səfirliyi ilə əlaqə qurdular. Human Rights Watch təşkilatı bildirib ki, ərəbistanlı və küveytli rəsmilər Banqkok hava limanına daxil olarkən bu şəxsi dayandırdılar və pasportunu zorla ondan aldılar. 

Rəhəf Muhəmməd əl-Qənun Banqkok hava limanına çatandan sonra deyib ki, səudiyyə səfirliyinin məsul şəxsləri təyyarədən düşən kimi onun pasportunu müsadirə ediblər. Tailand rəsmiləri deyirlər ki, sabah onu Küveytə qaytaracaqlar. Amma Rəhəf Muhəmməd əl-Qənun deyir ki, əgər onu Ərəbistana qaytarsalar, qətlə yetirilə bilər.

O, Banqkok hava limanında yerləşən oteldəki otağından belə dedi: Banqkoka çatan kimi bir nəfər gəldi və mənim pasportumu aldı. Sonra beş-altı nəfərlə yanaşı mənim yanıma gəldi. Zənnimcə, onlar polis idilər. Onlar dedilər ki, atam mənim Ərəbistana geri dönməyimi istəyir və o, çox əsəbidir. Mənim Səudiyyə Ərəbistanında heç bir haqqım yoxdur. Ailəm mənimlə çox pis rəftar edir.

O, "Öz ailənin yanına qayıtmaqdan qorxursanmı?" sualına belə cavab verdi: Bəli. Onlar məni öldürəcəklər. 

Bu ərəbistanlı qız deyir ki, Avstraliya vizasna malik idi və bu ölkəyə səfər edərək, oradan sığınacaq almaq niyyətində idi.

Şərh yaz


Məxfi kod
Yenilə