Bazar, 16 Dekabr 2018 13:09

Moqerini: Türkiyə Suriyanın şimalında hərbi əməliyyatlardan çəkinməlidir

Moqerini: Türkiyə Suriyanın şimalında hərbi əməliyyatlardan çəkinməlidir

Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi Türkiyədən Suriyanın şimalında hərbi əməliyyatdan çəkinməsini istəyib.

İRİB-nin verdiyi məlumata görə, Federika Moqerini Türkiyə rəsmilərinin Suriyanın şimalında yeni hərbi əməliyyatlara dair anonslarını "narahatlıq doğuran" məsələ adlandırıb və deyib: Türkiyə Suriyada səbatsızlığa səbəb ola biləcək istənilən addımdan çəkinməlidir. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan çərşənbə günü Ankaranın bir neçə günə kimi Suriyanın şimalında ABŞ-ın himayəsi altında olan YPG və PYD adlı kürd yaraqlı qruplaşmalarına qarşı hərbi əməliyyatlara başlayacağının anonsunu vermişdi. 

ABŞ Suriyanın şimalında kürd yaraqlılarını silahlandırmaq və onları dəstəkləməklə Suriyanın mərkəzi hökumətini zəiflətməyə və bu ölkəni parçalamağa çalışır. Türkiyə isə Vaşinqtonun bu addımını öz milli təhlükəsizliyinə qarşı təhdid hesab edir. 

Türkiyə prezidenti çərşənbə axşamı bu ölkənin İraqın şimalında terrorçulara qarşı hərbi əməliyyatlarının davam edəcəyini də deyib. 

Şərh yaz


Məxfi kod
Yenilə