Bazar, 16 Dekabr 2018 10:52

Ərdoğan: İraqın şimalındakı hərbi əməliyyatlar davam edəcək

Ərdoğan: İraqın şimalındakı hərbi əməliyyatlar davam edəcək

Türkiyə prezidentləri Rəcəb Təyyib Ərdoğan bu ölkənin İraqın şimalında terrorçulara qarşı hərbi əməliyyatlarının davam edəcəyindən xəbər verib.

İRNA-nın məlumatına görə, Ərdoğan Türkiyənin öz milli təhlükəsizliyini müdafiədə səhlənkarlığa yol verməyəcəyini deyərək, Ankaranın təhdidlərə qarşı istənilən nöqtədə mübarizə aparacağını bildirib. 

Türkiyə ordusu da bir məlumat yayaraq, bu ölkə qırıcılarının İraqın şimalında PKK terrorçularının mövqelərinə raket zərbələri endirməsindən xəbər verib. 

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy da İraqın şimalında PKK terrorçularına qarşı hərbi əməliyyatlarınd avam edəcəyini deyib. 

Türkiyə bir neçə ildir ki, İraqın şimalındakı dağlıq ərazilərdə PKK terrorçularının sığınacaqlarını intensiv şəkildə hədəfə alır.

Şərh yaz


Məxfi kod
Yenilə