Şənbə, 15 Dekabr 2018 14:43

İordaniyadan 5700-dən çox suriyalı didərgin öz ölkəsinə qayıdıb

İordaniyadan 5700-dən çox suriyalı didərgin öz ölkəsinə qayıdıb

İordaniyada rəsmi mənbə bildirib ki, payızın əvvəllərində Nəsib keçidinin açılmasından bəri 5703 suriyalı didərgin öz ölkəsinə qayıdıb.

Nəsib-Cabir keçidi 2015-ci ildə terrorçu qruplar tərəfindən işğal edildikdə bağlandı amma Suriya ordusu cari il yayda keçidə nəzarəti bərpa edə bildi. 

Bu keçidin azad edildikdən sonra  yenidən açılması da uzandı. İordaniya rəsmiləri bu gecikmədə rəsmi Dəməşqi günahlandırırdılar. Suriyalı qaynaqlar isə keçidin açılmasındakı gecikmə barədə bildirdilər ki, İordaniya Amerikanın təhriki ilə Nəsib keçidinin açılmasını gecikdirir və bu sahədə rəsmi Dəməşqi günahkar göstərməyə çalışır. 

Şərh yaz


Məxfi kod
Yenilə