Şənbə, 08 Dekabr 2018 11:03

Türkiyənin müdafiə naziri Amerikaya müraciət edib

Türkiyənin müdafiə naziri Amerikaya müraciət edib

Türkiyənin müdafiə naziri Suriyanın şimalında Türkiyə sərhədləri yaxınlığında Amerikanın hərbi mərkəzlərinin fəaliyyətinin dayandırılmasını istəyib.

Frans Pressin verdiyi məlumata görə, Türkiyə müdafiə naziri Hulusu Akar dünən deyib: Türkiyə Amerikadan Türkiyə ordusu və Vaşinqtonun dəstəklədiyi Suriyadakı kürd yaraqlılar arasında hərhansı toqquşmaya mane olmaq üçün Amerikanın Suriyanın şimlaında Türkiyə sərhədlərindəki bütün hərbi və gözətçilik mərkəzlərinin fəaliyyətini dayandırması istənilib. 

Türkiyənin Müdafiə Nazirliyi bir bəyanat yayaraq bildirib ki, Hulusi Akar Amerikanın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Ceyms Cefrri ilə görüşündə Türkiyənin bu tələbini onun diqqətinə çatdırıb. 

Hulusi Akar 24 noyabrda da Amerikanın Suriyanın şimal ərazirlərində hərbi mərkəzlər yaratmasını qınamışdı. 

Türkiyəyə görə Suriyanın kürd yaraqlıları, Türkiyə Kürdüstanı Fəhlələri Partiyası adlanan PKK silahlı qruplaşmasının tabeliyində fəaliyyət göstərirlər. 

Ceyms Cefri Suriya ilə əlaqədar ABŞ-Türkiyə müştərək işçi qrupunun iclasında iştirak etmək üçün dünən Ankaraya gəlib. 

Türkiyə və ABŞ rəsmiləri Suriyanın şimalında Minbic şəhəri ilə əlaqədar yol xəritəsinin icrası barədə yekun həll yolu əldə etmək barədə razılaşıblar. 

Suriyanın şimalında Minbic şəhəri Suriya yaraqlı kürdlərinin nəzarətindədir və Amerika da həmin ərazilərdə fəaliyyət göstərir. 

Şərh yaz


Məxfi kod
Yenilə