Bazar ertəsi, 03 Dekabr 2018 17:17

Afrika xalqları Bin Salmana qarşı

Afrika xalqları Bin Salmana qarşı

Misir, Tunis və Mərakeşdə olduğu kimi Mavritaniya və Əlcəzairdə də xalq Ərəbistan vəliəhdinin ölkələrinə səfər etməsinə qarşı çıxıb.

Mavritaniya xalqı bazar günü Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanın bu ölkəyə olan səfəri ilə bir vaxtda aksiya keçirərək, Səudiyyə rejiminin Yəməndəki cinayətlərini qınayıb. 

Aksiya iştirakçıları "Mavritaniya Bin Salmana "xoş gəlmisən" demir" və "Mavritaniya Ərəbistanın neft yardımlarına ehtiyaclı deyil" şüarları veriblər. 

"Ədaləti Müdafiə" tələbə hərəkatının rəhbəri Məhəmməd Vələd Seyid "Əl-Ərəbi Əl-Cədid" qəzetinə verdiyi müsahibədə deyib: Mavritaniya öz torpaqlarının Yəmənli uşaqların qatilinin, alimləri həbs edən və müxaliflərindən intiqam almaq üçün məhkəmələrdən bir vasitə kimi istifadə edən şəxsin səfəri ilə kirlənməsinə razı deyil."

Mavritaniyada 10 siyasi partiya və qrupdan təşkil edilmiş bir koalisiya da bəyanat yayaraq, Bin Salmanın bu ölkəyə səfər etməsinə etiraz edib. 

Bu koalisiyanın bəyanatında deyilir: Ərəbistan vəliəhdi ABŞ ilə ahəndar rəftarları ilə Fələstin ideyasına zərbə vurur, insan haqları və azadlıqları kobud şəkildə pozur, öz cinayətləri ilə ərəb və islam dünyasının maraqlarına xəyanət edir.

Bu bəyanatda bir daha jurnalist Camal Qaşıqçının vəhşicəsinə qətlə yetirilməsinə işarə edilib və bildirilib ki, bu xüsusda araşdırmalar aparılmalı və bu cinayətin həqiqi səbəbkarları mühakimə olunaraq cəzalandırılmalıdırlar. 

Ərəbistan Vəliəhdi Mavritaniyadan sonra Əlcəzairə səfər edib və orada da geniş etirazlar ilə üzləşib. 

Şərh yaz


Məxfi kod
Yenilə