Bazar, 02 Dekabr 2018 22:41

Səudiyyənin Livandakı səfirliyi önündə "Yəməndə müharibəyə yox!" fəryadı

Səudiyyənin Livandakı səfirliyi önündə "Yəməndə müharibəyə yox!" fəryadı

Livanlı və fələstinli anti-müharibə fəalları Yəməndə müharibənin və səud koalisiyasının cinayətlərinin davam etməsinə etiraz olaraq, Ərəbistanın Beyrutdakı səfirliyi önündə aksiya keçirərək, "Ali-səuda ölüm!" və "Yəməndə müharibəyə yox!" şüarı veriblər.

"Bura Yəməndir" kampaniyasının fəalları bu gün əllərində qanlarına qəltan edilmiş yəmənli uşaqların təsvirlərini, həmçinin üzərlərində "Yəmən müharibəsinə son qoyun!" və "Qantökənlərə ar olsun!" şüarları yazılmış plakatlar tutaraq, özlərini Ərəbistanın Beyrutun "Bəlis" küçəsində yerləşən səfirliyinə yaxınlaşdırmağa çalışıblar.

Aksiya iştirakçıları səud rejimini və təcavüzkarların Yəməndəki cinayətlərini pisləyən şüarlar verməkdən əlavə, səud rejiminin tənqidçisi olan jurnalist Camal Qaşıqçının qətlini pisləyiblər.

Şərh yaz


Məxfi kod
Yenilə