Bazar, 02 Dekabr 2018 22:40

Bəhreyn hökuməti istefa verib

Bəhreyn hökuməti istefa verib

Bəhreynin baş naziri Xəlifə bin Salman ali-xəlifə bu ölkədə parlament seçkiləri keçiriləndən sonra bu gün nazirlər kabinetinin fövqəladə iclasında hökumətin istefasını elan edibdir.

Xəlifə bin Salman ali-xəlifə deyib ki, hökumətin istefa ərizəsini Bəhreyn kralı Həməd bin İsa ali-xəlifəyə təqdim edibdir.

Bəhreyn nazirlər şurasının baş katibi Yasir əl-Nasir də bu iclasdan sonra deyib: Baş nazir bu iclasda hökumətin istefa ərizəsinin krala verilməsindən xəbər veribdir ki, parlament seçkiləri nəticələrinin rəsmi şəkildə elan olunmasından sonra hökumətin istefa verməsi ilə bağlıdır.

Bəhreyn əsas qanununun 33-cü maddəsinə əsasən, parlament seçkilərinin keçirilməsindən və parlamentin yeni dövrünün başlanmasından sonra yeni hökumət təşkil olunmalıdır.

Şərh yaz


Məxfi kod
Yenilə