Şənbə, 01 Dekabr 2018 20:11

2 həftə ərzində İsrail əleyhinə 15 qətnamə

2 həftə ərzində İsrail əleyhinə 15 qətnamə

BMT-nin Baş Assambleyası ötən gün İsrail qarşısında Fələstini himayə üzrə 6 qətnamə qəbul edib.

Bu, ötən iki həftə ərzində ikinci dəfədir ki, BMT-nin Baş Assambleyasında bir gündə İsrail əleyhinə bu qədər çox qətnamə qəbul edilir. Bundan öncə BMT Baş Assambleyasının dördüncü komitəsi 16 noyabrda İsrail əleyhinə 9 qətnam qəbul etmişdi. Bu qətnamələrdən 8-i İsrailin fələstinlilərə qarşı qanunsuz hərəkətləri və işğal edilmiş ərazilərdə  yaşayan ərəblərin hüquqlarının pozulmasına dair olub. Həmçinin, bir qətnamədə işğalçı rejimdən Təhlükəsizlik Şurasının 497 saylı qətnaməsinə riayət etməsi istənilib. Bu qətnamədə İsraildən Suriyanın Cövlan yüksəkliklərinin işğalına son qoyması istənilir.

BMT-nin Baş Assambleyasında dünən qəbul edilən 6 qətnamə də mühüm mövzulara təkid edir. İsrail rejiminin beynəlxalq qanunlara sadiq qalması, zorakılıqlara son qoyması Qüdsdəki vəziyyəti dəyişdirməyə çalışmaması, İsrail qanunlarının Cövlan yüksəkliklərinə aid edilməsindən çəkinilməsi istənilir. Daha 3 qətnamədə də BMT-nin Fələstini daha artıq himayə etməsinə diqqət çəkilir.

Şərh yaz


Məxfi kod
Yenilə