Bazar ertəsi, 05 Noyabr 2018 19:36

Ərəbistan birjasında indekslərin azalması prosesi davam edir

Ərəbistan birjasında indekslərin azalması prosesi davam edir

Ərəbistan birjasında investisiyaya malik olan xarici şirkətlərin indeksləri ötən həftə ərzində kəskin azalmanın şahidi olub. Belə ki, bu rəqəm təqribən 24 milyon dollara çatıb.

Röyters-in verdiyi məlumata görə, Ərəbistan birjasında xarici və  yerli şirkətlər tərəfindən səhmlərə olan tələbatın azalması tənqidçi jurnalist Camal Qaşıqçının qətlə yetirilməsindən doğan mənfi atmasferin təsirləri sayılır.

Ərəbistanın bəzi dövlət müəssisələri o cümlədən Ümumi İnvestisiya Fondunun bu ölkə birjasını dəstəkləməsinə baxmayaraq, Ərəbistan birjasında indekslərin sürətlə azalması prosesi davam edir.

Bundan öncə də Ərəbistan birjasında indekslərdə 7%-lik azalma müşahidə edilmişdi. Bu, cari ildə ən kəskin azalma sayılır.

Şərh yaz


Məxfi kod
Yenilə