Şənbə, 03 Noyabr 2018 13:17

Səudiyyəlilərin əməkdaşlığı ilə şiələrə qarşı repressiya

Səudiyyəlilərin əməkdaşlığı ilə şiələrə qarşı repressiya

Nigeriya polisi və hərbi qrupları son bir həftə ərzində dini mərasim keçirən və həbsdə olan rəhbərlərinin azadlığını tələb edən şiələrin üzərinə atəş açıblar.

Nigeriyanın islami hərəkatı dövlət qüvvələrinin şiələrə qarşı son hücumlarında 49 nəfər həlak olub. 

Nigeriyada şiə azlığı Səudiyyə Ərəbistanının müttəfiqi olan bu ölkə hökuməti tərəfindən repressiyalara məruz qalır. 

Şiələrin matəm mərasimləri zamanı Ezale hərəkatının üzvləri dəfələrlə şiələrlə toqquşublar. Ezale Səudiyyə Ərəbistanı tərəfindən yaradılıb və indiyədək Nigeriyanın müxtəlif bölgələrində bir çox məktəb və məscid inşa edib. 

Laqosda təhlükəsizlik araşdırmaları mərkəzinin rəhbəri deyib: Nigeriya şiələrinin rəhbəri Zəkzakinin karizması və onun tərəfdarlarının fədakarlıqları şiələrin hərəkatına qarşı repressiyalara rəğmən bu hərəkatın həyatda qalmasına gətirib çıxarıb. 

Şərh yaz


Məxfi kod
Yenilə