Cümə, 02 Noyabr 2018 11:20

Ali-Xəlifə altı bəhreynli fəalı həbs edib

Ali-Xəlifə altı bəhreynli fəalı həbs edib

Ali-Xəlifə rejiminin xəfiyyə başçıları ötən sutka ərzində Bəhreyndəki Ali, Əbu-Quvvə, Şəhrəkan və Əldiyyə məntəqələrində altı siyasi fəalı həbs ediblər.

Belə bir halda, Bəhreyn məhkəməsi dünən Ali-Xəlifə rejimi hərbçilərinin yolunda bomba qoymağa səy göstərmək kimi saxta ittihamla dörd bəhreynliyə on il həbs cəzasının verilməsi barədəki hökmü təsdiq edibdir.

Ali-Xəlifə rejimi dünən də bu rejimlə müxalif olan on üç fəalı puç ittihamlarla ömürlük həbsə, həmçinin onlardan on nəfərini vətəndaşlığının ləğv edilməsinə məhkum edibdir.

Keçən çərşənbə axşamı günü də Ali-Xəlifə rejiminin məhkəməsi bu ölkənin yeddi vətəndaşını terror fəaliyyətləri ittihamı ilə ömürlük həbsə və uzunmüddətli zindana məhkum etmişdi.

Ali-Xəlifə rejimi xalq qiyamını yatırmaq və müxalifləri bu ölkənin siyasi və ictimai səhnələrindən silmək məqsədilə öz repressiya siyasətini davam etdirir.

Şərh yaz


Məxfi kod
Yenilə