Cümə axşamı, 01 Noyabr 2018 12:38

Mişel Oun: Livanda müqavimətin formalaşmasının səbəbi İsrailin işğalçılığıdır

Mişel Oun: Livanda müqavimətin formalaşmasının səbəbi İsrailin işğalçılığıdır

Livan prezidenti bu ölkədə müqavimətin formalaşmasının səbəbini İsrailin işğalçılığı adlandırıb.

İRNA-nın məlumatına görə, Livan prezidenti Mişel Oun çərşənbə günü BMT baş katibinin Livan Hizbullahı barədə dediklərinə reaksiya olaraq deyib: "Əgər Livanda müqavimət cəbhəsi olmasaydı və İsrailin işğalçılıqları qarşısında dayanmasaydı, bu gün Livan xalqı öz ölkələrinin tarixini unutmuş olardılar."

BMT-nin baş katibi Antonio Quterreş Hizbullahın Livanı müharibəyə sürüklədiyini deyib. 

Livan prezidenti İsrail başçılarının Ərəb ölkələrinə səfər etmələrinə icazənin verilməsini qınayaraq, deyib: Bu məsələ birbaşa olaraq Ərəb ölkələrinin mövqeyinin zəifləməsinə xidmət edir. 

Şərh yaz


Məxfi kod
Yenilə