Cümə axşamı, 01 Noyabr 2018 11:16

Türkiyə Ərəbistanı sıxışdırır: Qaşıqçının cəsədi hardadır?

Türkiyə Ərəbistanı sıxışdırır: Qaşıqçının cəsədi hardadır?

Türkiyənin hakim partiyasının sözçüsü deyib: Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının cəsədinin yerini elan etməlidir.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, İstanbul Prokurorluğunun yeni bir açıqlama verərək, Camal Qaşıqçının Ərəbistan konsulluğuna daxil olduqdan sonra, öncədən hazırlanmış plan əsasında dərhal boğularaq, öldürüldüyünü bildirməsinin ardınca hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik deyib: Ankara Camal Qaşıqçının işində heç nəyin gizli qalmasına icazə verməyəcək. 

Ömər Çəlik əlavə edib: Səudiyə Ərəbistanı iddia etdiyi kimi Camal Qaşıqçının qətli macərasında yerli iştirakçıların da kimliyini ifşa etməlidir. 

İstanbulun baş prokuroru Camal Qaşıqçının qətlinə dair araşdırmaların ardınca çərşənbə günü bir bəyanat yayıb. Bəyanatda deyilir: Vaşinqton Post qəzetinin yazarı Camal Qaşıqçının cəsədi, öldürülməsindən sonra parçalara ayrılaraq, məhv edilib. Və Türkiyə polisinin bütün səylərinə baxmayaraq, məsələnin detallarına aydınlıq gətirmək mümkün olmayıb. 

Səudiyə Ərəbistanı jurnalist Camal Qaşıqçının qətlə yetirilməsindən təqribən 3 həftə sonra, 20 oktyabrda Camal Qaşıqçının taleyinə aydınlıq gətirərək, jurnalistin qətlə yetirildiyini etiraf etdi. 

Ərəbistan başçılarının bu etirafına baxmayaraq, Ali-Səud hələ ki, Camal Qaşıqçının cəsədinin harada olduğunu elan etməkdən imtina edir. 

Şərh yaz


Məxfi kod
Yenilə