Çərşənbə, 17 Oktyabr 2018 13:09

Qətl otağında şahzadənin izi

Qətl otağında şahzadənin izi

Qaşıqçının yoxa çıxmasına dair araşdırmalarda Ərəbistan şahzadəsi ilə birbaşa əlaqəyə malik olan 5 şübhəlinin kimliyi müəyyən edilib.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, ABŞ mediaları Türkiyə rəsmilərinə istinadla Camal Qaşıqçının yoxa çıxması barədə aparılan araşdırmalarda 5 şübhəlinin kimliyinin müəyyən edilməsindən xəbər veriblər. Bu məlumata görə, 5 şübhəlidən dördü Səudiyyə Ərəbistanı hakimiyyəti ilə birbaşa əlaqəyə malikdir. 

Nyu-York Tayms-ın yazdığına görə, onlardan biri Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın ofisində çalışır. Biri isə Ərəbistanın Daxili İşlər Nazirliyinin yüksək səviyyəli rəsmilərindən olan məhkəmə ekspertizası həkimidir. Digər 3 şübhəli isə Ərəbistan şahzadəsinin təhlükəsizlik komandası ilə əlaqəyə malik olub. Şübhəlilərdən biri Mahir Mütribdir. O, 2007-ci ildə Ərəbistanın Londondakı səfirliyində diplomat olub. Digərlərinin adları isə Əbdüləziz Məhəmməd Əl-Həsavi, Sair Qalib Əl-Hərya, Məhəmməd Səəd Əl-Zəhrani, Dr. Səlah Əl-Təbicidir. 

Şərh yaz


Məxfi kod
Yenilə