Şənbə, 13 Oktyabr 2018 14:17

Ər-Riyad iclasını boykot edənlərin sayı artır

Ər-Riyad iclasını boykot edənlərin sayı artır

Ali-Səud rejiminin tənqidçilərindən olan ərəbistanlı jurnalist Camal Qaşıqçının İstanbulda Ərəbistanın Baş Konsulluğuna müraciət etdikdən sonra, şübhəli şəkildə yoxa çıxmasının ardınca, Ər-Riyadda keçiriləcək investisiya konfransının iştirakçıları bir-bir bu konfransda iştirakdan imtina edirlər.

Dünyanın bir sıra tanınmış media şirkəti Ər-Riyadda keçirilməsi planlaşdırılan investisiya konfransını boykot etmək qərarına gəliblər. 

Jurnalist Camal Qaşıqçının yoxa çıxmasına Ərəbistanın rolu ilə bağlı şübhələrin artmasının ardınca dünya mediaları 23-25 oktyabr tarixində Ər-Riyadda keçirilməsi planlaşdırılan "Gələcəyə İnvestisiya" konfransında iştirkla bağlı qərarlarını yenidən nəzərdən keçirməyə başlayıblar. 

Dünyanın bir sıra tanınmış siyasətçisi və iş adamının Ər-Riyad konfransında iştirak etməsi qərara alınıb. 

Dünya Bankının rəisi Cim Yunq Kim də Ər-Riyad konfransında iştirak etməyəcəyini bildirib. Onun bu konfransda çıxış etməsi planlaşdırılmışdı. 

Kanadanın baş naziri də insan haqları məsələsində ölkəsinin Ərəbistana təzyiq siyasətini davam etdirəcəyini bildirib. 

Türkiyədə çıxan Yeni Şəfəq qəzetinin yazdığına görə, Ali-Səud rejiminin tənqidçilərindən olan Camal Qaşıqçı vəliəhd Məhəmməd bin Salmanın şəxsi cangüdəni tərəfindən öldürülüb və daha sonra isə jurnalistin cəsədini doğrayıblar. Və bu məsələ faktlar əsasında sübut olunub. 

Qəzet daha sonra yazır: Camal Qaşıqçının qətlində iştirak edən dəstə cinayətin törədilməsindən bir neçə dəqiqə sonra hadisə yerini tərk ediblər. Amma, hadisə yerinə daxil olan ikinci dəstə cinayətlə bağlı dəlil və sübutları məhv etmək missiyasına malik olub. 

Yeni Şəfəq qəzetinin yazdığına görə, bu dəstə Camal Qaşıqçının doğranmış cəsədini qoymaq və daha sonra özləri ilə apara bilmək üçün İstanbul bazarından iri çamadanlar alıblar. 

Qəzetin yazdığına görə, cinayətin izlərini itirmək missiyasına malik olan dəstənin üzvlərindən biri Ərəbistanın Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin rəisi Məhəmməd bin Səlah Ət-Təyyibi olub. 

Türkiyənin təhlükəsizlik qüvvələrinin araşdırmaları nəticəsində cinayət yerinin təmizlənməsi əməliyyatına dair danılmaz faktlar əldə edilib və bu mövzu tamamilə sübut olunub. 

Şərh yaz


Məxfi kod
Yenilə