Şənbə, 13 Oktyabr 2018 13:50

Seyid Həsən Nəsrullah: Tramp tam aşkarcasına və təhqir ilə qarətçilik edir

Seyid Həsən Nəsrullah: Tramp tam aşkarcasına və təhqir ilə qarətçilik edir

Livan Hizbullahının baş katibi deyib: ABŞ-ın öncəki dövlətləri diplomatik yollarla və hörmət əsasında qarətçilik edirdilərsə, bu gün Tramp tam aşkar formada və təhqiramiz şəkildə qarətçilik edir.

İRNA-nın məlumatına görə, Livan Hizbullahının baş katibi seyid Həsən Nəsrullah cümə günü Hizbullahın komandanlarından şəhid İmad Müğniyənin anasının yas mərasimində ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanından bac almasına işarə edərək, deyib: İslam ölkələri bir neçə dəfə "Əgər ABŞ olmasaydı, Ərəbistan da olmazdı" deyən Trampın sözlərindən ibrət almalıdırlar. 

Seyid Həsən Nəsrullah Səudiyyə Ərəbistanı başda olmaqla Ərəb ölkələrinin Donald Trampın təhqirləri qarşısındakı reaksiyalarına işarə edərək, deyib: Onlar bu təhqirlər qarşısında sadəcə gülümsəyir və zəlilliklə sükut edirlər. 

Livan Hizbullahının baş katibi İran İslam Respublikasının heç vaxt öz hakimiyyəti barədə heç kəs ilə müzakirə aparmadığını deyərək, əlavə edib: Trampın İranın 12 dəqiqə ərzində Yaxın Şərqi ələ keçirməyə qadir olduğunu deməsi, İranın əzəməti və qüdrətinin nişanəsidir. 

Seyid Həsən Nəsrullah Trampın məqsədini region ölkələrini İran ilə qorxutmaq və onlara daha artıq silah satmaq adlandırıb və Fars körfəzi ətrafında yerləşən dövlətlərdən öz xalqlarının istək və tələblərinə diqqət göstərmələri, onların problemlərini həll etmələrini istəyib. 

Livan Hizbullahının baş katibi daha sonra İsrailin baş naziri Benyamin Netanyahunun Hizbullahın raket potensialı barədəki iddialarına işarə edərək, deyib: Livanın Xarici İşlər Nazirliyinin Netanyahunun iddia etdiyi məkanlara baxış keçirməsi, İsrailin baş nazirinin iddialarının yalan olduğunu sübut etdi. 

Seyid Həsən Nəsrullah həmçinin, şəhid İmad Müğniyənin anasının şəxsiyyəti və rolu barədə deyib: İmadın anası Livan müqavimətinə böyük komandanlar təqdim edib. 

Şərh yaz


Məxfi kod
Yenilə