Cümə, 12 Oktyabr 2018 12:15

BMT: Səudiyyə Ərəbistanı Qaşıqçı işində Türkiyə ilə əməkdaşlıq etsin

BMT: Səudiyyə Ərəbistanı Qaşıqçı işində Türkiyə ilə əməkdaşlıq etsin

Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözçüsü dünən Səudiyyə Ərəbistanını səudiyyəli müxalif jurnalist və yazıçı Camal Qaşıqçının işində Türkiyə ilə əməkdaşlıq etməyə çağırıb.

İRİB-in verdiyi məlumata görə, Stefan Dujarrik deyib: Səudiyyə rəsmiləri ilə danışıqlarda Qaşıqçının yoxa çıxmasından nigaranlıq ifadə edilib. 

BMT baş katibinin sözçüsü bazar ertəsi günündə də BMT-nin Qaşıqçı işini diqqətdə saxladığını bildirmişdi. 

Camal Qaşıqçı oktyabrın 2-də Ərəbistanın İstanbuldakı konsulluğunda daxil olduqdan sonra itkin düşübdür.

Medialar bu hadisədən bir neçə gün sonra xəbər verdilər ki, Qaşıqçının cəsədi doğranmış vəziyyətdə və çoxlu sayda işgəncə əlamətləri ilə İstanbulda tapılıbdır.

Camal Qaşıqçının adı səud rejiminin təqib və həbs edilməli şəxslər siyahısında yerləşmişdi. O, həbs olunmaq qorxusundan Ərəbistandan kənarda yaşayırdı.

Şərh yaz


Məxfi kod
Yenilə