Cümə axşamı, 11 Oktyabr 2018 17:15

Ərəbistan vəliəhdinin Camal Qaşıqçı işindəki rolu ifşa olunub

Ərəbistan vəliəhdinin Camal Qaşıqçı işindəki rolu ifşa olunub

Yeni faktlar göstərir ki, Ərəbistan vəliəhdi bu ölkəni tənqid edən jurnalistin aldadılaraq, həbs olunması göstərişini veribdir.

"Vaşinqton Post" qəzeti bu gün bir reportajda yazıb: Amerika kəşfiyyat mənbələrinin sənədləri göstərir ki, səud vəliəhdi Muhəmməd bin Salman bu ölkə hökumətini tənqid edən jurnalist Camal Qaşıqçının aldadılaraq, Amerikadan Ərəbisana qayıtmasına zəminin yaradılması göstərişini veribmiş.

Bu reportajda deyilir: Amerikanın kəşfiyyat mənbələri ərəbistanlı rəsmiləri danışıqlarını dinləyərək, başa düşüblər ki, onlar Camal Qaşıqçını aldadaraq, həbs etmək planı barədə danışırlar.

Amerikanın sabiq kəşfiyyat rəsmilərindən biri "Vaşinqton Post" qəzetinə deyibdir ki, on beş nəfərlik bir təhlükəsizlik komandasından istifadə, "insan oğurluğu" planının icrası üzrə tədbirdən xəbər verə bilər. Onun sözlərinə görə, belə bir planda şəxsi istintaq etmək üçün bir ölkədən digər bir ölkəyə köçürürlər.

Camal Qaşıqçı oktyabrın 2-də Ərəbistanın İstanbuldakı konsulluğunda daxil olduqdan sonra itkin düşübdür.

Medialar bu hadisədən bir neçə gün sonra xəbər verdilər ki, Qaşıqçının cəsədi doğranmış vəziyyətdə və çoxlu sayda işgəncə əlamətləri ilə İstanbulda tapılıbdır.

Camal Qaşıqçının adı səud rejiminin təqib və həbs edilməli şəxslər siyahısında yerləşmişdi. O, həbs olunmaq qorxusundan Ərəbistandan kənarda yaşayırdı.

Şərh yaz


Məxfi kod
Yenilə