Çərşənbə, 10 Oktyabr 2018 21:58

Türkiyə Ər-Riyad ilə əlaqələrinə yenidən baxmalıdır

Türkiyə Ər-Riyad ilə əlaqələrinə yenidən baxmalıdır

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının rəhbəri Türkiyə hökumətinin Ərəbistan ilə münasibətlərinə yenidən baxmalı olduğunu deyib.

Kamal Kılıçdaroğlu CHP-nin Türkiyə parlamentindəki fraksiyası qarşısında çıxış edərəkən deyib: Türkiyə hökuməti jurnalist Camal Kaşıkçının oğurlanması və ya öldürülməsi hadisəsinə görə Ərəbistan ilə münasibətlərinə  yenidən baxmalı və bu hadisədə əli olan tərəfləri məsuliyyətə cəlb etməli, diplomatik toxunulmazlığı olan şəxsləri isə ölkədən çıxartmalıdır.

Jurnalist Camal Kaşıkçının İstanbulda Ərəbistanın Baş Konsulluğuna girişinə dair video görüntüləri xarici bir media yayımlayıb. Amma, onun konsulluqdan çıxmasına dair hansısa görüntü mövcud deyil. Deyilənlərə görə, Kaşıkçı Ərəbistanın Baş Konsulluğunda qətlə yetirilib. Bu cinayətə yol verənlər əgər diplomatik toxunulmazlığa malikdirlərsə, o zaman Türkiyədən qovulmalıdırlar. Türkiyə Ərəbistan ilə münasibətlərinə yenidən baxmalıdır.

Şərh yaz


Məxfi kod
Yenilə