Bazar, 07 Oktyabr 2018 12:37

Qətər əmiri: Doha 4 ərəb ölkəsilə böhrandan sonra daha da güclənibdir

Qətər əmiri: Doha 4 ərəb ölkəsilə böhrandan sonra daha da güclənibdir

Qətər əmiri dünən Argentinada vurğulayıbdır ki, ölkəsi Doha ilə dörd ərəb ölkəsi arasında yaranmış böhrandan sonra daha da güclənibdir.

Şeyx Təmim bin Həməd Ali-Sani qeyd edibdir ki, Ərəbistanın başçılığı altında dörd ərəb ölkəsinin Qətərlə yaranmış böhranı Dohanın özünə daha artıq söykənməsinə səbəb olubdur.

Şeyx Təmim əlavə edib: Qətər Allah-Taalanın köməkliyi, qətərlilərin müqaviməti və qüdrəti, eləcə də dostların yardımı ilə problemləri arxada qoyacaqdır.

Ərəbistan və müttəfiqləri, yəni Misir, əmirliklər və Bəhreyn Ərriyadın başçılıq etdiyi ərəb cərəyanı ilə yanaşı olmamasına görə, ötən il iyunun beşindən Qətər ilə diplomatik əlaqələrini kəsdilər və sanksiya tətbiq etməkdən əlavə, öz quru, dəniz və hava sərhədlərini bu ölkənin üzünə bağladılar.

Bu dörd ölkə 2017-ci il iyunun 23-də on üç tələbdən ibarət bir siyahını Qətərə təhvil verdi və bildirdi ki, Doha ilə əlaqələrin adiləşməsi bütün bu tələblərin həyata keçməsindən asılıdır.

Ərəbistan və müttəfiqlərinin Qətər üçün təyin etdikləri ən mühüm şərtlər, bu ölkənin İran və Hizbullah ilə diplomatik əlaqələrinin kəsilməsi, Əlcəzirə telekanalının tam şəkildə bağlanması və Türkiyənin bu ölkənin ərazisindəki hərbi bazalarının yığışdırılması olubdur. Doha bu şərtləri qəbul etmədi.

Şərh yaz


Məxfi kod
Yenilə