Bazar ertəsi, 24 Sentyabr 2018 13:37

Səud muzdurları ağır məğlubiyyətlərə uğrayıblar

Səud muzdurları ağır məğlubiyyətlərə uğrayıblar

Yəmən ordusu və xalq qüvvələrinin Yəmənin Təiz və Əlbiyza vilayətlərindəki əməliyyatlarında səud muzdurları ağır tələfata uğrayıblar.

Yəmən ordusu və xalq qüvvələrinin dünən Əlbiyza vilayətində səud muzdurlarının mövqelərinə qarşı hücumlarında çoxlu sayda səud muzduru öldürülüb. Bir qrup muzdur da yaralanıbdır. Bu əməliyyatda muzdurların müxtəlif növ silah və sursatları qənimət götürülüb və onların yerləşdikləri mövqelər yəmənli qüvvələrin əlinə keçibdir.

Yəmən ordusunun müharibə təbliğatı qərargahı səud muzdurlarının eləcə də Təiz məntəqəsindəki ağır məğlubiyyətinin təsvirlərini yayaraq, göstərdi ki, bu muzdurlar yəmənli qüvvələrin Əlvaziiyəh məntəqəsindəki mövqelərinə tərəf irəliləyişlərində məğlubiyyətlə üzləşərək, yenidən öz məntəqələrinə geri çəkiliblər. Bu əməliyyatda çoxlu sayda səud muzduru öldürülüb.

Digər tərəfdən, Əlməsirə telekanalı xəbər veribdir ki, səud-amerikan qırıcıların Yəmənin Əlhudəydə əyalətindəki Zubəyd rayonuna qarşı hücumunda iki yəmənli ölüb, bir nəfər də yaralanıbdır.

Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıbdır. 

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən əleyhinə müharibəsi, 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib. 

Yəmən xalqının müqaviməti nəticəsində təcavcüzkarlar, yəni Səudiyyə Ərəbistanı rejimi və onun müttəfiqləri nəzərdə tutduqları məqsədlərə nail ola bilməyiblər. 

Şərh yaz


Məxfi kod
Yenilə