Şənbə, 15 Sentyabr 2018 13:25

Livanda anti-Amerika aksiyası

Livanda anti-Amerika aksiyası

Livan düşərgələrində məskunlaşmış fələstinli didərginlər ABŞ prezidentinin hərəkətlərinə etiraz olaraq, Beyrutda aksiya keçiriblər. Onlar həmçinin Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlar üçün Yardım və İşədüzəltmə üzrə Yaxın Şərq Agentliyi- UNRWA-ya köməyin kəsilməsinə etiraz ediblər.

Etirazçılar fələstinli didərginlərin öz vətənlərinə geridönmə haqqının müdafiə olunması önəmini vurğulayıblar.

Onlar belə qeyd ediblər: Donald Tramp "əsrin sövdələşməsi" planını etaplarla icra etməklə Fələstin məsələsinə birdəfəlik olaraq son qoymaq və fələstinlilərin qayıdış haqqını UNRWA-ya köməyi kəsmək, sonra da onlar üçün alternativ ölkə təklifi ilə pozmaq niyyətindədir.

Aksiyaçılar öz vətənlərinə geri dönməyə təkid ediblər.

Şərh yaz


Məxfi kod
Yenilə