Cümə, 14 Sentyabr 2018 19:24

Bəhreyndə şeyx İsa Qasimə dəstək aksiyası

Bəhreyndə şeyx İsa Qasimə dəstək aksiyası

Bəhreyn şiələri bu gün də cümə namazından sonra İmam Cəfər Sadiq məscidinin ətrafında yürüş keçirərək şiə ruhani şeyx İsa Qasimə dəstəklərini nümayiş etdiriblər.

İRNA-nın verdiyi məlumata görə, məhərrəm ayının ilk cüməsində Manamanın Əddiraz bölgəsində keçirilən bu yürüşdə iştirakçılar plakatlar daşıyaraq şyex İsa Qsimə dəstəkərini elan ediblər. 

Bəhreyndə şiə ruhani şeyx İsa Qasim öz mənzilində iki il müddətində dustaq edilərək iyulun doqquzunda müalicə üçün Lodona göndərildi. 

Şeyx İsa Qasim məhərrəm ayı başlandıqda Londonda silam mərkəzlərindən birində matəm mərasimlərinə qatılıb. 

Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri isə şeyx İsa Qasimin mənzili və əddiraz bölgəsini mühasirədə saxlamaqda davam ediblər və şiələrin cümə namazı mərasiminə mane olublar.

Şərh yaz


Məxfi kod
Yenilə