Bazar, 12 Avqust 2018 17:09

AB Səudiyyə Ərəbistanını qınadı

AB Səudiyyə Ərəbistanını qınadı

Avropa Birliyi Səudiyyə Ərəbistanında qadın hüquqlarını müdafiə edən fəalların həbs edilməsini qınayaraq Ali-Səud rejiminin bu barədə izahat verməsini istəyib.

İRİB-in verdiyi məlumata görə AB-nin xarici siyasət üzrə koordinatoru Federika Moqerini dünən gecə bu birliyin rəhbərlərinin Səudiyyə rəhbərləri ilə əlaqə yaradaraq qadın hüquq müdafiəçilərinin həbsi ilə əlaqədar izahat tələb etdiyini bildirib. 

Səudiyyə rejiminin hərbçiləri 31 iyulda Səudiyyə Ərəbistanında həbslərin yeni mərhələsində bu ölkənin qadın hüquq müdafiəçilərini ö cümlədən Səmər Bədvi və Nəsimə Əssadəni həbs ediblər. 

Bir çox beynəlxalq hüquq təşkilatları o sıradan Beynəlxalq Amnistiya Təşkilatı bəyanatlar yayaraq Səudiyyə Ərəbistanında hüquq müdafiəçilərinin həbsindən nigaran qaldıqlarını bildiriblər və onların azad edilmələrini istəyiblər. 

Beynəlxalq hüquq təşkilatları öncə də dəfələrlə Səudiyyə Ərəbistanında hüquq müdafiəçilərinin edam və həbs edilmələrini qınamışlar. 

Bu təşkilatlar bildirirlər ki, Ali-Səud rejimi dünyada insan haqlarını pozan ən əsas rejimlərdən biridir. 

Səudiyyə Ərəbistanında siyasi məhbusların sayı 30 min nəfərə çatır . Bu rəqəm Ali-Səud diktaturasının sərt polis rejimindən xəbər verir.

Şərh yaz


Məxfi kod
Yenilə