Şənbə, 11 Avqust 2018 18:59

Ərdoğan Ağ Evə xəbərdarlıq etdi

Ərdoğan Ağ Evə xəbərdarlıq etdi

Türkiyə prezidenti Amerika dövlətinə xəbərdarlıq edibdir ki, ABŞ-ın Türkiyəyə qarşı hörmətsizliyinin davam edəcəyi təqdirdə, bu ölkə yeni müttəfiqlər axtarmaqda olacaq.

Rəcəb Tayyıb Ərdoğan "Türkiyə Amerika ilə əlaqələrdəki böhrana necə baxır?" başlıqlı məqalədə vurğulayıb ki, Vaşinqtonun Ankaraya qarşı birtərəfli addımları yalnız Amerikanın maraqları və milli təhlükəsizliyinə zərbə vurur.

Ərdoğan Amerika dövlətinin Türkiyə xalqının nigarançılıqlarına diqqətsizlik etməsinə və ona hörmət etməməsinə təkid edərək, əlavə edib: Son illərdə Amerika tərəfindən iki ölkənin həmkarlığının dərk edilməməsi Vaşinqton-Ankara əlaqələrini təhlükəli proseslə üzləşdiribdir.

Türkiyə prezidenti söyləyib: Əgər Amerika Türkiyənin suverenliyinə hörmət etməzsə, iki ölkənin əməkdaşlığı təhlükə ilə üzləşəcəkdir.

Ərdoğan həmçinin Amerikanın Türkiyədə uğursuz 2016-cı il on beş iyul çevrilişinin amili olan Fəthullah Gülən ilə bağlı reaksiyasını tənqid edərək, onu qənaətbəxş bilməyibdir.

Türkiyə prezidentinin bildirdiyinə görə, bu ölkə xalqı gözləyirdi ki, Amerika bu uğursuz çevrilişi pisləyərək, Türkiyənin seçilmiş dövləti ilə həmrəylik elan edəcək, amma o, bu işi görmədi.

Bundan əlavə, iki tərəf arasında mövcud olan razılaşmaya rəğmən, Türkiyənin Fəthullah Gülənin Amerikadan ekstradisiya edilməsi barədəki istəyi heç bir nəticəyə çatmadı.

Ərdoğan sonra vurğulayıb: Əgər Vaşinqton Ankaranın istəyinə məhəl qoymazsa, Türkiyə lazımi addımları atacaq.

Türkiyə prezidentinin bildirdiyinə görə, Amerika iki ölkə əlaqələrinin pozulmasına bais ola biləcək yanlış təfəkkürünü kənara qoymalıdır.

Şərh yaz


Məxfi kod
Yenilə