Çərşənbə axşamı, 07 Avqust 2018 10:04

Ərəbistan-Kanada gərginliyi artır

Ərəbistan-Kanada gərginliyi artır

Ərəbistan Kanada ilə çəkişməsinin davamında özünün dövlət hava yollarının Torontoya olan və Torontodan başlanan bütün uçuşlarını dayandırıb.

Ərəbistanın hava yolları şirkəti Toronto reyslərinin dayandırılması məsələsini dünən gecə twitter-də elan edib.

Ərəbistan xarici işlər nazirliyi dünən səhər Kanada dövlətinin Ərəbistanda qadın hüquqları və vətəndaş cəmiyyəti fəallarının həbs olunmalarından nigarançılıq ifadə etməsinə reaksiyada Kanadanın Ərriyaddakı səfirini arzuolunmaz ünsür adlandırıb və ona Ərəbistan torpağını tərk etmək üçün 24 saat vaxt verib.

Səudiyyə həmçinin özünün Kanadadakı səfirini geri çağırıb və bu ölkədəki bütün ticarət fəaliyyətləri və yeni investisiyalarını dayandırıb.

Ərriyad rejimi ötən çərşənbə axşamı günü Ərəbistanda qadınların hüquqları və vətəndaş cəmiyyəti üzrə fəallar Səmər Bədəvi və Nəsimə Əlsadəni həbs etdi.

Kanada bu həbslərdən sonra bir bəyanat yayaraq, Ərəbistanda vətəndaş cəmiyyəti fəallarının həbs olunmalarından nigarançılıq ifadə etdi və onların azadlığa buraxılmalarını istədi.

Bir çox beynəlxalq və insan haqları təşkilatı, o sıradan Beynəlxalq Amnistiya Təşkilatı və Human Rights Watch təşkilatı səudiyyə rejiminin bu hərəkətlərini tənqid edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə