Cümə axşamı, 02 Avqust 2018 12:44

ABŞ senatı Türkiyəyə F-35 qırıcılarının satışına qarşı çıxıb

ABŞ senatı Türkiyəyə F-35 qırıcılarının satışına qarşı çıxıb

ABŞ senatı azı üç ayadək Türkiyəyə F-35 qırıcılarının satışı ilə müxalifət edib.

ABŞ senatının üzvləri bu gün 87 lehinə və 10 əleyhinə səslə bu ölkənin milli müdafiə ixtiyarları qanununu qəbul etdilər. Bu qanuna əsasən, Pentaqon Ankaranın rəftarları barədə öz hesabatını təqdim edənədək Türkiyəyə F-35 qırıcılarının satışını dayandırmağa borcludur.

Bu rəftarlar xüsusən Ankaranın Moskva ilə hərbi razılaşmalarına və amerikalı keşiş Andro Brunsonun Türkiyədəki həbsinin davam etməsinə şamil olur. Qərar üzrə bu barədə hesabat qarşıdakı üç ay ərzində hazırlanaraq, senata təqdim olunmalıdır.

Türkiyə dövləti Brunsonu uğursuz 2016-cı il on beş iyul çevrilişinin əsas konstruktoru hesab edib, onu Fəthullah Gülən təşkilatı ilə əlaqədə olmaqda və terror hərəkətlərində ittihamlandıraraq, 2016-cı ilin oktyabrında həbs edibdir.

Amerikanın maliyyə nazirliyi də dünən bir məlumat yayaraq bildirdi ki, keşiş Brunsonun işində insan haqlarını pozmaq ittihamı ilə Türkiyənin daxili işlər və ədliyyə nazirlərini sanksiyalar siyahısına daxil edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə