Çərşənbə axşamı, 10 iyul 2018 17:22

Ali-Xəlifə rejimi başını itirib

Ali-Xəlifə rejimi başını itirib

Bəyren parlamentinin keçmiş üzvü bu ölkənin tanınmış ruhanisi şeyx İsa Qasimin ölkədən çıxarılmasının Ali-Xəlifə rejiminin başını itirməsinə dəlalət etdiyini deyib.

Bəhreyn parlamentinin keçmiş üzvü Calal Firuz İRNA-ya verdiyi müsahibədə şeyx İsa Qasimin uzun müddət Ali-Xəlifə rejimi tərəfindən mühasirədə saxlanılmasına toxunaraq deyib: Həkimlərin şeyx İsa Qasimin müalicəsində səhlənkarlıq barədə xəbərdarlıqlarını nəzərə alaraq onun durumunun pisləşməsi Ali-Xəlifə rejiminə qarşı geniş siyasi nəticələrə gətirib çıxara bilər.

Calal Firuz Ali-Xəlifə rejimi rəsmilərinin şeyx İsa Qasimin müalicə xərcinin bu rejim tərəfindən təmin edilməsinə dair hərhnası iddialarını təkzib edərək deyib: Şeyx İsa Qasimin müalicə xərcləri bəhreynli xeyriyyəçilər tərəfindən ödəniləcəkdir. 

Ali-Xəlifə rejimi 2016-cı il iyunda Əddoraz ərazisində şeyx İsa Qasimi mühakimə edərək onun mənzilini mühasirəyə alıb və hətta sakinlərin bu ərazidə cümə namazı mərasimi keçirmələrinə mane olur. 

Şərh yaz


Məxfi kod
Yenilə