Çərşənbə axşamı, 10 iyul 2018 11:24

Ərdoğan yeni nazirlər kabinetini təqdim edib

Ərdoğan yeni nazirlər kabinetini təqdim edib

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən gecə andiçmə mərasimindən və yeni prezidentlik sisteminin başlanmasından bir neçə saat sonra özünün yeni nazirlər kabinetini təqdim edib.

İRNA-nın verdiyi məlumata görə, Ərdoğanın kabinetində 16 nazir fəaliyyət göstərəcək. 

Ərdoğanın bildirdiyinə görə, keçmiş kökumətin bir neçə naziri o sıradan xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylu öz vəzifələrində qalıblar. Türkiyə ordusu baş qərargah rəisi Hulusi Akar da yeni müdafiə naziri təyin edilib. 

Ərdoğanın yeni nazirlər kabinetində onun kürəkəni Barat Albayrak da maliyyə naziri təyin edilib. 

Təyin edilmiş nazirlərin parlamentdən etimad səsi almalarına lüzum yoxdur amma onların hamısı parlamentdə hazır olaraq and içməlidirlər. Yeni nazirlərin andiçmə mərasimi isə bu gün Türkiyə parlamentində keçiriləcək. 

Türkiyənin yeni prezidentlik sistemində ilk prezidenti olan Rəcəb Təyyib Ərdoğanın andiçmə mərasimi dünən Türkiyə parlamentində keçirildi. 

Türkiyənin 26-cı parlament seçkiləri və ilk prezident seçkiləri 24 iyunda keçirildi. Ərdoğan səslərin 52 faizini qazanaraq prezident seçkilərində qələbə çaldı. 

Şərh yaz


Məxfi kod
Yenilə