Bazar ertəsi, 09 iyul 2018 08:41

Türkiyədə qatarın relsdən çıxması 13 nəfərin həyatına son qoyub

Türkiyədə qatarın relsdən çıxması 13 nəfərin həyatına son qoyub

Türkiyədə qatarın relsdən çıxması nəticəsində 13 nəfər ölüb, 70-dən çox insan isə bədən xəsarəti alıbdır.

Türkiyə rəsmilərinin bildirdiklərinə görə, 362 sərnişinə malik olan qatar dünən bu ölkənin şimal-qərbində leysan yağışının yağması nəticəsində qəzaya uğrayıbdır.

Türkiyənin xəstəxana mənbələri deyirlər ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır və tələfatın artması ehtimalı var.

Şərh yaz


Məxfi kod
Yenilə