Şənbə, 07 iyul 2018 18:51

Ərdoğan Türkiyə ordusunun İraqın şimalındakı əməliyyatının davam edəcəyini vurğulayıb

Ərdoğan Türkiyə ordusunun İraqın şimalındakı əməliyyatının davam edəcəyini vurğulayıb

Türkiyə prezidenti bu ölkə ordusunun İraqın şimalındakı əməliyyatının davam edəcəyindən xəbər verib.

Rəcəb Tayyıb Ərdoğan bu gün deyib: Türkiyənin ordu qüvvələrinin İraqın şimalındakı əməliyyatları Qəndil və Səncarın PKK ünsürlərindən təmizlənməsinədək davam edəcək.

Türkiyə prezidenti vurğulayıb: Türkiyə Suriyanın şimalında yerləşən Təl-Əbizdən tutmuş Qamışlıyadək olan məntəqələri terrorizmdən təmizləmək niyyətindədir.

Türkiyə son illər PKK ünsürlərini yatırmaq bəhanəsilə dəfələrlə İraq və Suriya ərazilərinə təcavüz edərək, bu iki ölkənin bəzi hissələrini işğal edibdir. Bu təcavüz və işğalçılıqlar İraq, Suriya və digər dünya ölkələri dövlətlərinin kəskin reaksiyaları ilə üzləşibdir.

Şərh yaz


Məxfi kod
Yenilə