Şənbə, 07 iyul 2018 14:42

Bəhreyn xalqı Şeyx İsa Qasimə dəstək aksiyası keçirib

Bəhreyn xalqı Şeyx İsa Qasimə dəstək aksiyası keçirib

Bəhreyn xalqı bir daha bu ölkənin bəzi məntəqələrində geniş aksiyalar keçirərək, ev dustağı olan Bəhreynin tanınmış din xadimi Şeyx İsa Qasimə öz geniş dəstəyini elan edibdir.

Bəhreyn xalqı dünən gecə Əbu-Səybə, Əlşaxurə və Kəranə məntəqələrində Ali-Xəlifə rejiminə qarşı şüarlar verərək, Şeyx İsa Qasimlə öz həmrəyliyini elan edibdir.

Şeyx İsa Qasimin vəziyyətinin ağırlaşmasının ardınca Bəhreyn kralı Həməd bin İsa Ali-Xəlifə həkimlərin nəzəri ilə onun müalicə üçün xaricə göndərilməsi ilə razılaşıbdır.

Şeyx İsa Qasimin vəziyyətinin ağır olmasına rəğmən, bu tanınmış bəhreynli din xadimi hələ də ev dustağıdır.

Şərh yaz


Məxfi kod
Yenilə