Şənbə, 07 iyul 2018 14:02

Bəhreyn rejimi Şeyx Qasimin ölkə xaricinə müalicə səfəri ilə razılaşıb

Bəhreyn rejimi Şeyx Qasimin ölkə xaricinə müalicə səfəri ilə razılaşıb

Bəhreyn xarici işlər naziri bildirib ki, bu ölkənin kralı, Şeyx İsa Qasimin müalicə üçün ölkə xaricinə səfər etməsilə razılaşıbdır.

Xalid bin Əhməd Ali-Xəlifə bir twitt-də yazıb: Bəhreyn kralı Həməd bin İsa Ali-Xəlifə, Şeyx Qasimin təmayülündən və onun həkimlərinin nəzərlərindən sonra onun müalicə üçün göndərilməsinə lazımi şəraitin yaradılması haqda göstəriş veribdir.

Son günlər ev dustağı olan Bəhreynin tanınmış din xadimi Şeyx İsa Qasimin vəziyyətinin ağırlaşması haqda bir çox xəbərlər yayılmışdı.

Şeyx İsa Qasimi mühakimə etmiş və onun vətəndaşlığını əlindən almış Ali-Xəlifə rejimi 2016-cı ilin iyunundan bu ruhaninin məskunlaşdığı Əlduraz məntəqəsini mühasirə edibdir. Bu rejim hətta bəhreynlilərə bu məntəqədə cümə namazı qılmaq icazəsi vermir.

Şərh yaz


Məxfi kod
Yenilə