Şənbə, 30 June 2018 10:17

Seyid Həsən Nəsrullah: Regional proseslər müqavimət cəbhəsinin xeyrinədir

Seyid Həsən Nəsrullah: Regional proseslər müqavimət cəbhəsinin xeyrinədir

Livan Hizbullahının baş katibi regional proseslərin müqavimət cəbhəsinin xeyrinə olduğunu və Suriyadakı silahlı qruplaşmaların dağılmaq ərəfəsində olduqlarını deyib.

İRİB-nin verdiyi məlumata görə, Livan Hizbullahının baş katibi cümə günü etdiyi çıxışında regionun hazırkı durumunu müqavimətin xeyrinə hesab edib və deyib: Regional proseslərdən sui-istifadə etmək istəyənlərvar. Onlar bu hərəkətlərə son qoymalıdırlar. 

Livan Hizbullahının baş katibi Suriya olaylarına və terrorçuların bu ölkədəki məğlubiyyətinə də işarə edib və deyib: Suriyadakı savaş bütün regionun savaşı olaraq, regionun gələcəyini təyin edərəcək. Və bu gün Suriyanın cənubunda terrorçu qruplaşmaların dağılmasına dair nişanələr müşahidə olunmaqdadır. 

Seyid Həsən Nəsrullah həmçinin, suriyalı didərginlərin könüllü şəkildə və təhlükəsiz qaydada öz ölkələrinə qayıtmalarını istəyərək, Hizbullahın onlara kömək etməyə hazır olduğunu bildirib. 

Livan Hizbullahının baş katibi Suriya ilə sərhəd məntəqədə İraqın müqavimət qrularına edilən hava hücumlarına da işarə edib və deyib: İraq və Suriya sərhədlərində müqavimət qruplarına edilən hücum cavabsız qalmamalıdır. 

Seyid Həsən Nəsrullah çıxışının davamında ABŞ-ın İran ilə nüvə anlaşmasından çıxmasına da münasibət bildirib və deyib: ABŞ-ın bu anlaşmadan çıxması, İranı təhdid və sanksiyalar tətbiq etməsi "Əsrin Anlaşması" adlı Amerikan plana xidmət edir. Bu planın əsas məqsədi Fələstin məsələsini birdəfəlik olaraq sonlandırmaqdır. 

Seyid Həsən Nəsrullah Livanın daxili məsələlərinə gəlincə, hökumətin təşkil edilməsində yaranan təxiri qınayıb və deyib: Hökumətin təşkil edilməsindəki gecikmə lazımi çərçivənin olmamasına qayıdır. Nazirliklərin bölüşdürülməsində paylar parlament seçkilərinin nəticələrinə uyğun olmalı və partiyaların əldə etdikləri səslərin sayı ilə uyğunluq təşkil etməlidir. Buna görə də qarşı tərəflər istəklərini azaltmalı və hökumət sürətlə təşkil olunmalıdır. 

Şərh yaz


Məxfi kod
Yenilə