Şənbə, 23 June 2018 08:10

Beynəlxalq ədalət məhkəməsi İranın ABŞ-a qarşı şikayətnə baxacaq

Beynəlxalq ədalət məhkəməsi İranın ABŞ-a qarşı şikayətnə baxacaq

Hollandiyanın Haaqa şəhərində yerləşən beynəlxalq ədalət məhkəməsi bildirib ki, bu məhkəmə 2018-ci ilin oktyabrında Tehranın İranın milyardlarla dollar maliyyəsini müsadirə etmiş Vaşinqtona qarşı şikayətini araşdıracaq.

Beynəlxalq ədalət məhkəməsi bir bəyanatda bildirib ki, İranın Amerikadakı bəzi maliyyələri ilə bağlı vəziyyətlə əlaqədar oktyabrın səkkizindən on ikisinədək məhkəmənin yerləşdiyi Haaqanın Sülh sarayında ümumi iclaslar keçiriləcək.

Amerika ali məhkəməsi 2016-cı il aprelin 20-də Nyu-Yorkda müsadirə olunmuş İranın maliyyələrindən təqribən iki milyard dolları zəbt etmək barədə lisenziya veribdir. Bu maliyyələr İranın Mərkəzi Bankının sərmayələri ilə bağlıdır.

İran İslam Respublikası 2016-cı ilin iyununda özünün bu maliyyələrinin azad edilməsi üçün Hollandiyanın Haaqa şəhərində yerləşən beynəlxalq ədalət məhkəməsinə şikayət ərizəsi təqdim etdi.

Amerika məhkəmələri bildiriblər ki, bu məbləğ terror hücumlarında öldürülən amerikalıların ailələrinə kompensasiyanın ödənilməsi üçün dondurulmalıdır.

Şərh yaz


Məxfi kod
Yenilə