Çərşənbə, 13 June 2018 09:54

Türkiyə Amerikaya xəbərdarlıq etdi

Türkiyə Amerikaya xəbərdarlıq etdi

Türkiyənin baş naziri Amerika rəhbərlərinə Suriyanın şimalındakı yaraqlı kürdlərdən amerikan silahlarının geri alınması əməliyyatına dərhal başlanmasına dair xəbərdarlıq edib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Binali Yıldırım deyib: Amerika tərəfindən YPG-nin müxtəlif silahlara təchiz edilməsi Türkiyə üçün böyük təhdiddir. 

Türkiyənin baş naziri həmçinin Amerikanın bu qrupup tərksilah etməli olduğunu bildirərək deyib: Amerika bunu etməzsə Türkiyə də öz təhlükəsizliyi üçün lazım olanı edəcək. 

Amerika " Suriya Xalq Müdafiə Bölmələri" adlandırılan YPG-ni onun İŞİD terrorçuları ilə mübarizə apardığını bəhanə edərək silahlandırıb. 

Türkiyə isə belə qənaətdədir ki, YPG ilə beynəlxalq səviyyədə terrorçu qrup kimi tanınmış Türkiyə Kürdüstanı Fəhlələr Partiyası adlandırılan PKK yaraqlıları arasında heç bir fərq yoxdur və Amerikanın onlara verdiyi silahlar sonda Türkiyəyə qarşı istifadə olunur. 

Türkiyə 20 yanvar 2018-ci ildə Suriyanın şimalında kürd yaraqlılara qarşı hərbi əməliyyatlara başladı. 

Suriya dövləti isə bu əməliyyatları eləcə də Amerikanın Suriya ərazisindəki hərbi fəaliyyətlərinin Suriyanın milli hakimiyyətinin pozulması hesab edir. 

Şərh yaz


Məxfi kod
Yenilə