Bazar, 10 June 2018 16:20

Ərdoğan Avstriyada bəzi məscidlərin bağlanmasını tənqid edib

Ərdoğan Avstriyada bəzi məscidlərin bağlanmasını tənqid edib

Türkiyə prezidenti Avstriya hökumətinin bu ölkədəki bəzi məscidləri bağlamaq barədəki qərarını pisləyərək, həmin addımın müsəlmanlar ilə xristianlar arasında qarşıdurmaya səbəb olacağını bildirib.

Rəcəb Tayyıb Ərdoğan dünən gecə İstanbulda keçirilən bir iftar mərasimində deyib: Avropalılar özlərinin bu kimi rəftarlarını islah etməlidirlər; əks halda bu cür rəftarların hesabını ayrı yol ilə ödəməlidirlər.

O, Türkiyənin Avstriyada yaşayan türklərə aid yeddi məscidin bağlanmasına və 60-dan çox türk imamcamaatın çıxarılmasına cavabının nə olacağına aydınlıq gətirmədən təhdidlə bildirib: Təsəvvür etməyin ki, siz imamcamaatları çıxarandan sonra biz oturub tamaşa edəcəyik.

Avstriya kansleri Sebastyan Kurz ötən cümə günü Vyanada bildirdi ki, bu ölkə "daxili qanunları pozduqlarına" görə Türkiyə müsəlmanlarına aid yeddi məscidi bağlayır və bu məscidlərin təqribən altmış imamcamaatını ixrac edir.

Şərh yaz


Məxfi kod
Yenilə