Bazar, 10 June 2018 09:25

Təhrirulşam terror qrupu Türkiyə ilə həmkarlığını etiraf edib

Təhrirulşam terror qrupu Türkiyə ilə həmkarlığını etiraf edib

Təhrirulşam terror qrupu Türkiyə ilə yaxın əməkdaşlığı və həmkarlığını etiraf edib.

Təhrirulşam dünən axşam bir bəyanatda əlavə edib ki, bu qrupun Türkiyə ilə əlaqəsi ortaq maraqlar əsasında qüvvədə qalmaqda davam edir.

Bu terror qrupu qeyd edib ki, onunla Türkiyə hökuməti arasında əlaqələr ötən beş ildə ardıcıl və strateji formada davam edibdir.

Astana iclasına əsasən, Suriyadakı gərginliyin azaldılması məntəqələrində mövcud olan silahlı qruplar terror qrupu ilə mübarizə üçün bu ölkənin ordusu ilə həmkarlıq etməlidirlər.

Amma bəzi mənbələr deyirlər ki, Türkiyə ordusu Təhrirulşam ilə dinc yanaşı yaşama çərçivəsində hətta öz hərbi karvanlarını bu terror qrupunun mühafizəsi altında Suriyanın müxtəlif məntəqələrinə göndərərək, yerləşdirir.

Həmah vilayətinin şimalında yerləşən Təhrirulşam terror qrupunun üzvləri ardıcıl surətdə özlərinin yerləşdikləri məntəqələrin ətrafında mövcud olan kənd və qəsəbələrdəki evlərə hücum edirlər.

Şərh yaz


Məxfi kod
Yenilə