Şənbə, 09 June 2018 20:17

Ərəbistanda hüquq fəallarının həbsi davam edir

Ərəbistanda hüquq fəallarının həbsi davam edir

Ərəbistanın təhlükəsizlik qüvvələri daha iki hüquq fəalını həbs ediblər.

Əl-Cəzirə informasiya kanalı hüquq fəallarından olan Nəvf Əbdüləziz və Miya Zəhraninin Ərəbistan rəsmilərinin göstərişi əsasında həbs olunmasından xəbər verib.

Ərəbistanın "Əl-Qist" insan haqları müəssisəsi də bu barədə məlumat yayaraq, bildirib: Nəvf Əbdüləziz çərşənbə günü qadın haqları müdafiəçilərinin həbs olunmasına etiraz etməsinin ardınca həbs edərək, naməlum məkana köçürülüb. 

Bu məlumatda həmçinin deyilir: Miya Əl-Zəhrani də ərəbistanlı yazıçı və hüquq müdafiəçisi Nəvf Əbdüləzizin həbs olunması xəbərini ictimailəşdirdiyi üçün saxlanılıb. 

Cümə günü 30 beynəlxalq insan haqları qrumu bəyanat yayaraq, Ərəbistandan həbsdə olan bütün insan haqları müdafiəçiləri və aktivistləri dərhal azad etməsini istəyib.

Ali-Səud rejimi 22 may tarixində qadın hüquqları müdafiəçilərindən olan 17 nəfəri həbs edib. Ərəbistan rejimi bu şəxslərə özlərini müdafiə etmək üçün vəkil tutmaq icazəsi vermir. Bu da beynəlxalq insan haqları təşkilatlarının ciddi reaksiyasına səbəb olub. 

Şərh yaz


Məxfi kod
Yenilə