Cümə, 08 June 2018 23:44

Qəzzədə islam dünyasının birləşməsinin əhəmiyyəti vurğulanıb

Qəzzədə islam dünyasının birləşməsinin əhəmiyyəti vurğulanıb

Ümumdünya Qüds Günü ərəfəsində Qəzzə şəhərində iftar mərasimi təşkil olunub. İftar mərasimində Qüdsün düşmənin məkrli planları qarşısında qorunması və islam dünyasının birləşməsinin əhəmiyyəti vurğulanıb.

Ümumdünya Qüds Günü fəaliyyətləri çərçivəsində yüksək səviyyəli rəsmilərin iştirakı və fələstinli qrupların dəvəti əsasında İran İslam Respublikasının dəstəyi ilə Qəzzədə iftar mərasimi keçirilib. Bu mərasimdə İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti video-konfrans vasitəsi ilə iştirakçılar üçün çıxış edib.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vlayəti deyib: Hazırda Həzrət Ayətullahülüzma Xameneinin rəhbərliyi ilə İran İslam Respublikası müqavimət cəbhəsinin başında durur və Fələstin xalqını var-gücü ilə müdafiə edir.

Həmas Hərəkatının üzvlərindən Müşir əl-Misri deyib: Ümumdünya Qüds Günü sayəsində şəhidlər bu məqsədlə yad olunur ki, fələstinli yaralılar və şəhid ailələrinin ev sahibliyi vasitəsi ilə müqavimətə dəstək, onun güclənməsi və möhkəmlənməsi istiqamətində islam ümmətinin rolu vurğulansın.

İftar mərasimi bir sıra rəsminin çıxış etməsi, fələstinli qruplar və şəxsiyyətlərin mövqeyinin elan olunması, o cümlədən HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyənin çıxışı ilə yadda qaldı. Həniyyə öz çıxışında Fələstin müqavimətinin İran İslam Respublikası ilə əlaqəsi ilə fəxr edib və Ümumdünya Qüds Gününü zülmət qaranlıq,  gerilik və məzhəbçilikdə nur adlandırıb. Belə ki, bəziləri bu problemlərin toxumunu bölgədə əkmək istəyirlər.

HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə deyib: Biz İran İslam Respublikası ilə münasibətlərimizlə, bütün qüvvələr və regiondakı müqavimət mehvəri ilə fəxr edirik. ABŞ-ın iradəsi və istəyi ilə mübarizə aparmaq üçün güclü divar yaratmaq borcumuzdur.

Builki Ümumdünya Qüds Gününün əhəmiyyəti müqavimət mehvərinin bütün tərəflərinin yekdil rəyi ilə, Qüdsün yəhudiləşdirmə və sionistlərin ona tam nəzarət etməyə çalışması qarşısında bu müqəddəs şəhərin dəstəklənməsinin vacibliyi vurğulandı.

Şərh yaz


Məxfi kod
Yenilə