Çərşənbə, 06 June 2018 18:51

Türkiyə Mənbicdəki kürd yaraqlıların tərksilahı barədə Amerika ilə razılaşıb

Türkiyə Mənbicdəki kürd yaraqlıların tərksilahı barədə Amerika ilə razılaşıb

Türkiyənin xarici işlər naziri Vaşinqtonda özünün amerikalı həmkarı ilə görüşündə Suriyanın şimalında kürd yaraqlıların tərk silah edilməsi razılaşdırılıb.

İSNA-nın verdiyi məlumata görə, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iki gün öncə Vaşinqtonda Mayk Pompeo ilə görüşdən sonra deyib: Suriyanın xalq müdafiə bölmələrinin ərazidən çıxarılması barədə gözəçarpacaq razılıq əldə olunub. 

Türkiyənin XİN rəhbəri kür yaraqlıların Suriyanın şimalından çıxmasının üç mərhələli plan çərçivəsində olacağını bildirərək deyib: İlk mərhələdə tərəflər hazırlıq iclasları keçirəcək, ikinci mərhələdə kürd yaraqlılar ərazini tərk edəcək və üçüncü mərhələdə bölgəni kimin idarə etməli olduğu müəyyənləşəcək. 

Türkiyənin xarici işlər naziri deyib: Mənbicdə icra ediləcək yol xəritəsi sonra Suriyanın digər şəhərlərinə də tətbiq ediləcək. 

Çavuşoğlunun dediyinə görə, Amerika və Türkiyənin birgə yol xəritəsində kürd yaraqlılar Mənbici tərk etməlidirlər yoxsa Türkiyə Afrində olduğu kimi reaksiya verməli olacaq. 

Şərh yaz


Məxfi kod
Yenilə