Çərşənbə axşamı, 05 June 2018 12:39

Türkiyənin ticarət kəsirinin əsas səbəbi enerji idxalatıdır

Türkiyənin ticarət kəsirinin əsas səbəbi enerji idxalatıdır

Türkiyə prezidenti bu ölkə büdcəsində ticarət kəsirinin əsas səbəbinin enerji idxalatı olduğunu bildirib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan dünən Türkiyənin şimalında Zonquldağ vilayətində mədən işçiləri ilə iftar mərasimində etdiyi çıxışında enerji sektoru xüsusilə də metal sənayesinin strateji əhəmiyyətini vurğulayıb. 

Ərdoğan deyib: Biz idxalatı dayandıracağıq, ona görə ki, enerji idxalatı bizim büdcədə ticarət kəsirinin əsas amilidir. Məhz buna görə də , biz enerji və metal sənayesi sektorunda milli strategiyanı qəbul etmişik. 

Ərdğan deyib: Ölkənin enerji sahəsindəki asılılığını məhdudlaşdırmaq üçün milli ehtiyatlardan istifadə edilməlidir. 

Ərdoğan deyib: Biz 10 milyon ton daş kömür istehsalı qabiliyyətinə malikik və hazırkı şəraitdə 1 milyon 200 min ton istehsala malikik. Məqsədimiz bu sektorda münasib metodla və texnologiyadan istifadə ilə fəal mədən işçilərinin sayını iki qat artırmaqdır .  

Şərh yaz


Məxfi kod
Yenilə