Çərşənbə axşamı, 22 May 2018 10:31

Ərdoğan: ABŞ-ın nüvə sazişindən çıxması regionda böhranın gərginləşməsinin amilidir

Ərdoğan: ABŞ-ın nüvə sazişindən çıxması regionda böhranın gərginləşməsinin amilidir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxmasını qəbuledilməz adlandıraraq deyib: ABŞ-ın bu hərəkəti Yaxın Şərqdə böhranın gərginləşməsinin amilidir.

İRNA-nın məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Ankarada xarici ölkələrin səfirləri ilə iftar ziyafətində əlavə edib: Qlobal sülhə zərbə vuran dağıdıcı xarici siyasətin nümunələrindən biri ABŞ-ın İranla nüvə sazişindən çıxması və Qüdsdə baş verən olaylardır. 

Türkiyə prezidenti bir ölkənin adını çəkmədən və dolayısı ilə Birləşmiş Ştatlara xitabən bəyan edib: Son vaxtlar böhranın həlli üçün vasitə olmalı olan diplomatiya istiqamətinə bəzi ölkələrin ciddi şəkildə zərbə vurmasının şahidiyik. 

Ərdoğan 15 mindən çox nüvə silahına malik olanların dünyanı hədələdiyini bəyan edərək bildirib: Belə olduğu halda nə üçün nüvə elektrik stansiyasına malik ölkələr onlara təhdid hesab olunmalıdır? 

Şərh yaz


Məxfi kod
Yenilə