Bazar ertəsi, 14 May 2018 13:00

Qətərin xarici işlər naziri: Dohaya qarşı sanksiya tətbiq edən ölkələr ilə əlaqələrimiz normallaşmayacaq

Qətərin xarici işlər naziri: Dohaya qarşı sanksiya tətbiq edən ölkələr ilə əlaqələrimiz normallaşmayacaq

Qətərin xarici işlər naziri Dohaya qarşı sanksiya tətbiq edən Ərəbistan, BƏƏ, Bəhreyn və Misir ilə əlaqələrin bir daha sanksiyalardan öncəki vəziyyətə qayıtmayacağını deyib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani ölkəsinin 2017-ci ilin iyul Əbudəbi ilə münasibətlərdə yaranmış sadə bir ixtilaf üzündən Ərəbistan, BƏƏ, Bəhreyn və Misir ilə əlaqələrində belə bir böhranın yaranacağını gözləmədiyini deyərək, bu böhrana xəyanətdən başqa ad verməyin mümkün olmadığını deyib. 

Əbdürrəhman Ərəbistanın başçılıq etdiyi cəbhənin Dohaya qarşı mövqeyini düşmənçilik mövqeyi adlandırıb və deyib: Bəzi xarici ölkələr ixtilafların həll edilməsində sırf öz maraqlarını təmin etməyə çalışırlar və indiyə kimi bu böhranın həllində hansısa irəliləyişin və ya böhranın həllinə hansısa iradənin olmamasına görə dünya ictimaiyyəti də mövcud vəziyyətdən yorulduğunu bildirir. 

Qətərin xarici işlər naziri həmçinin deyib: Küveytin vasitəçiliyi hələ də qüvvədədir. Amma, ixtilafların həlli hələ də əlçatmaz olaraq qalmaqdadır. Və böhranın başa çatacağı təqdirdə belə, Qətərin bu ölkələr ilə münasibətləri bir daha əvvəlki səviyyəyə qayıtmayacaq. 

Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 5 iyun 2017-ci il tarixində Qətərin Ər-Riyadın başçılıq etdiyi cəbhənin siyasətləri ilə ahəngdarlığa malik olmadığını bəhanə edərək, bu ölkə ilə diplomatik əlaqələrini kəsdilər. Bu 4 ərəb ölkəsi həmçinin öz quru, dəniz və hava sərhədlərini də Qətərin üzünə bağlayaraq, bu ölkəyə qarşı sanksiyalar tətbiq ediblər. 

Qətər ilə əlaqələrini kəsən 4 ərəb ölkəsi əlaqələrin yenidən normallaşdırılması üçün Doha qarşısında 13 tələb qalıdırıblar. Qətər isə bu tələbləri rədd edərək, bunu milli hakimiyyətinə müdaxilə adlandırıb. 

Şərh yaz


Məxfi kod
Yenilə